SIĞORTA

15 Avqust

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar – Yanvar-İyul 2025

Finss.az - 2025-ci ilin yanvar-iyul ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 280,8 mln. manat və ya 8,2% artım qeydə alınıb.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatına görə, büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 126,9 mln. manat və ya 11,2%, qeyri-büdcə təşkilatları üzrə isə 300,5 mln. manat və ya 14,0% artımla olub.

Müəllif: Fuad Mədətov | Finss.az

Əlavə bax: SİMA və “Yelo Bank”dan yeni rəqəmsal imkanlar